Məktəblərdə tədris prosesində şagirdlərin əyani iştirakının könüllülük prinsipi əsasında olması tələbi ləğv olunub.
FED.az xəbər verir ki, bu, barədə Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.
Daha bir ləğv olunan qərar təhsil müəssisələrində əyani formada tədrisin təşkili müəssisələrin tipi (növü), təhsil alanların sayı, qalanların günü uzadılmış qruplarda təhsil alanların sayı, sinif (qrup) komplektlərinin, tədris otaqlarının, laboratoriyaların, tədris-istehsalat emalatxanalarının, kitabxanaların, yataqxanaların, yeməkxanaların tutumu, təhsil verənlərin yaş bölgüsü və digər məsələlərdə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq planlaşdırılmasıdır. Eyni zamanda thsil müəssisəsində növbəli iş rejimi müəssisənin tutumu və mövcud təhsil alanların sayı əsasında təhsil müəssisəsi tərəfindən müəyyən edilməsi ləğv olunan qərarlar sırasındadır.
Qeyd edək ki, övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar. Birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq. Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir.
Xatırladaq ki, pandemiya şəraitində ötən tədris ilində valideynlərin övladlarını məktəbə göndərməməsi məsələsi könüllü idi. (Report)