Banner

Təhsil və elm

Sabahdan ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq

Sabahdan ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq | FED.az
11:08 14 Avq 2017

Sabahdan ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq. APA-nın xəbərinə görə, boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə həyata keçiriləcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisaslar “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Digər xəbərlər

Banner