Banner

Təhsil və elm

Rus alimləri kütləvi iş itkiləri ilə qarşı qarşıya

Rus alimləri kütləvi iş itkiləri ilə qarşı qarşıya | FED.az
12:09 18 Avq 2016
Rusiyanın elmi cəmiyyəti hökumətin növbəti 3 il ərzində təxminən 10000 tədqiqatçını işdən çıxarması planları barədə xəbərləri eşirdikdən sonra təlaşa düşüb və bütün elm adamları bununla bağlı çox narahatdılar. Gazeta.ru saytında yayılan onlayn xəbərlərə görə ən böyük ixtisarlar Rusiya Elmlər Akademiyası (REA) institutlarında ola bilər.

REA-nın 49000 güclü işçi qüvvəsinin təxminən 17%-ni təşkil edən işçi heyətinin ixtisarları haqlamaq yolunda mübahisəli və əziyyətli cəhdlərlə əlaqədar atılan ən son addım idi.
REA-nın mülkiyyətini və büdcəsinin əsas hissəsini idarə etmək üçün 2013-cü ildə yaradılan Elmi Təşkilatlar üzrə Federal Agentlik (ETFA) son zamanlarda institutları birləşdirərək akademiyanı daha da kiçiltmək və birləşdirməyə böyük cəhdlər göstərir, çoxlu sayda institutların birləşdirilməsi planlaşdırılır.

Alimlər bu addımları qınayır. Keçən ay prezident Vladimir Putinə ünvanlanan açıq məktubda 150-dən çox REA tədqiqatçısı bildirmişdi ki, islahatlar Rusiyada elmin nüfuzuna xələl gətirəcəkdir. Onlar gənc elm adamlarının “beyin paslanması” və “bürokratların və dolandırıcıların fəaliyyətində baş verəcək yüksəliş” də daxil olmaqla əhali üçün bu kimi təhlükəli ola biləcək nəticələr barədə xəbərdarlıq etdi və bununla bağlı narahatlıqlarını bildirdilər. Yekaterinburqdakı REA-nın Elektrofizika İnstitutunun fiziki Mixail Sadovski deyirdi: “ bu cür müəssisələri, elm ocaqlarını birləşdirmək inkişafın tamamilə qeyri-təbii yoludur”. 1 İyul Klubu adlanan narazı REA tədqiqatçıları qrupu tərəfindən yazılan 21 İyul tarixli məktubda Elmi Təşkilatlar üzrə Federal Agentliyin (ETFA) REA-ya birləşdirilməsi barədə narazılıq bildirilir və bu barədə mübahisə edilir.

İş itkiləri kabusu hətta daha böyük çaxnaşmalar doğurmuşdu. Gazeta.ru tərəfindən əldə olunan daxili təhsil və elm nazirliynin sənədləri göstərir ki, ixtisarlar elmi cəmiyyətin bu ilin əvvəlində ödəməli olduğu elm adamlarının əmək haqlarının iki mislinin bədəlidir. REA Elmi Həmkarlar İttifaqına görə Moskvada yerləşən Lebedev Fizika İnstitutu və Proxorov Ümumi Fizika İnstitutunun hər ikisi da daxil olmaqla bir sıra görkəmli REA institutları artıq işçilərini işdən azad etməyə başlayıb. Əldə olunan sənədlər ixtisarların məhsuldarlığa ziyan vuracağını təsdiqləyir.

Sənədlərin etibarlılığından bəhs edilməsə də Nazirlik Gazeta.ru – a bildirdi ki, elm adamlarını işdən çıxarmağı planlaşdırmır. Kreml nümayəndəsi deyir ki, hökumət elm adamlarının qayğısına “xüsusi diqqət” yetirir, amma görünən odur ki, davamedən islahatlardan “müsbət nəticələr” alınacaq və onların inkişafına şərait yaradacaq.

Digər xəbərlər

Banner