Rumıniya Milli Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. FED.az xəbər verir ki, təhsil Nazirliyindən verilən məlumata görə, təqaüd proqramına bakalavriat və magistratura səviyyələri üzrə 35, doktorantura səviyyəsi üzrə 45 yaşadək şəxslər müraciət edə bilərlər. Proqramın tədris dili rumın dilidir.
Təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar cari ilin aprelin 5-dək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Rumıniya tərəfinə təqdim ediləcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin yay ayları ərzində veriləcəyi gözlənilir.
Eləcə də bax: Azərbaycanda onlayn sınaq imtahanları başlayır