Prezident İlham Əliyev Ö.H.Eldarovun Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında
Sərəncam imzaladı.
FED.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.