2024/2025-ci tədris ilinin yaz semestrində Bakı Ali Neft Məktəbində (BANM) neft-qaz mühəndisliyi ixtisası üzrə mübadilə proqramı çərçivəsində təhsil almış Rumıniyanın Ploeşti Neft-qaz Universitetinin tələbələri – Antonio-Cosmin Spanu, Anca-Maria Maxim, Marian-Mihail Ionescu, Dominic-Patrick Bartha və Ionut-Vladut Culpean BANM-in rektoru Elmar Qasımovla görüşüblər.
Bu barədə FED.az-a BANM-dən məlumat verilib.
Rektor Elmar Qasımov tələbələrin BANM-dəki təhsil və Azərbaycandakı həyat təəssüratları ilə maraqlanıb. Rumıniyalı tələbələr qazandıqları təcrübədən və BANM ailəsindən olmaqdan razı qaldıqlarını bildiriblər.