FED.az biznes maliyyə portalı “LearningHub” tədris kursunun koordinatoru Rauf Məmmədovla olan müsahibəni təqdim edir
Hörmətli Rauf müəllim, xahiş edirik “LearningHub” tədris kursu barədə qısa məlumat verəsiniz
-“LearningHub” tədris kursu 2022-ci ildə fəliyyətinə başlayıb. Kursumuz qısa müddət ərəzində təşkil etdiyi proqramlaşdırma, maliyyə və korporativ təlimləri ilə fərqlənməyi bacarmışdır.
Əsas məqsədimiz ölkədə veb-proqramlaşdırma və dizayn sahəsini yüksək səviyyədə təbliğ etməklə gələcək üçün peşəkar mütəxəssislər yetişdirməkdir. Həmçinin biz şirkətlərə, müəssisə və təşkilatlara faydalı işçilər və gələcəkdə karyera sahibi olmaq istəyən gənclər yetişdirməyi də planlayırıq.
Bunun üçün ixtisaslaşmış “LearningHub” tədris kursu üç fərqli istiqamətdə - Texniki, Korporativ və Maliyyə təlimləri təşkil edir.
Biz ən effektiv proqramlar tərtib etməklə öz sahələrində ən peşəkar müəllimləri seçmişik. Bu isə “LearningHub” tədris kursunun ən mühüm özəlliklərindən biridir.
Kursunuz daha çox proqramlaşdırma, veb-dizayna üstünlük verir, bunun səbəbi nədir?
-Dizayn və proqramlaşdırma təlimlərinə üstünlük versək də, bizdə korporativ və maliyyə kursları da mövcuddur. Bildiyiniz kimi dizayn və proqramlaşdırma təlimləri ölkəmizdə çoxdur, məqsədimiz tələbələrə daha sürətli proqramlarımızla maksimum nəticə almalarında köməklik etməkdir.
Veb-proqramlaşdırma və dizayn dərslərini tədris edirsiniz. Bu sahə ilə məşğul olmaqda yaş nə dərəcədə önəmlidir? Sizin mərkəzə hansı yaş arasında olan insanlar müraciət edə bilər?
-Yaşın heç bir önəmi yoxdur, çünki bu elə bir sahədir ki, bəzən gənc insanda olan istedad heç 30-40 yaşarası insanda olmaya bilər və hətta onu qabaqqlaya da bilər. Ölkəmizdə də bunun bir çox zaman şahidi olmuşuq. Gənclərimiz istedadlıdırlar, sadəcə önəmli olan o istedadı ən düzgün istiqamətə yönəltməkdir. Kursumuzda 14 yaşından yuxarı hər kəs iştirak edə bilər. Biz də “LearningHub” olaraq bu istiqaməti tapmaqda tələbələrə köməklik etmək istəyirik.
Buraya qəbul olunan tələbələr hansı meyarlara cavab verməlidir – məsələn ilkin kompüter vərdişləri və ya müəyyən biliklər və sair. Qəbul zamanı imtahan götürülürmü?
-Hər bir tələbə ilə müsahibə keçirilir, şifahi müsahibədən sonra tələbənin təmkinliliyi, seçdiyi kursa həvəsi dəyərləndirilir. Bu dəyərləndirmədən sonra tələbə təlimə qəbul oluna bilər. Təbii ki, kursa gələn tələbələrin ilkin kompüter anlayışı olsa daha yaxşıdır, amma olmasa belə öyrənmə həvəsi varsa bu cür tələbəyə həmişə kömək etməyə hazırıq.
Bildiyimiz qədər Bakıda sizin bir tədris mərkəziniz var. Gələcəkdə bu mərkəzlərin sayını artırmaq niyyətiniz varmı?
-Qeyd etməliyəm ki, hazırda 1 tədris mərkəzimiz fəaliyyət göstərir ki, o da paytaxt Bakının Koroğlu Rəhimov 57 A ünvanında (Gənclik m.s., İdman Institunun arxasında) yerləşir. Lakin biz daha bir mərkəzin açılmasını planlaşdırırıq.
Ərtaflı məlumat üçün
https://learninghub.az/