Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı vəzifəsindən çıxarılıb.
Eləcə də bax: AMEA-dan Ramiz Mehdiyevlə bağlı - Açıqlama
FED.az xəbər verir ki, o, Akademiyanın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsindən azad edilib.
Həmin vəzifəyə isə Dövlət İdarəçilik Akademiyasının “Elmi-Təşkilat” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəcəb Zakir oğlu Rəhimli təyin edilib. (Report)