160 minə yaxın tələbə artıq "TələbəPlus" kartından istifadə edir. Gələcəkdə bu kart vasitə ilə tələbələrə nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur.
Ombudsman: İctimai nəqliyyatda təqaüdçü, əlillərə və tələbələrə güzəşt tətbiq olunsun
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu barədə bir ay ərzində ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, müəllimlər üçün nəzərdə tutulmuş TəhsilPlus kartı ilə isə müəllimlər üçün ictmai nəqliyyatda gediş 10 faiz güzəştli olacaq. (Trend)











