Təhsildə güzəşt eləmək vətənə xəyanət etmək kimi bir şeydir.
223 müəllimdən - BƏRBAD NƏTİCƏ - Heç 10 bal belə toplaya bilməyiblər
FED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, təhsildə güzəşt elə də yaxşı söz deyil:
"Məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün sertifikatlaşdırmada hansısa güzəşt etmək doğru deyil. Biz başa düşməliyik ki, əgər adamın ixtisası məktəbəqədər təhsil deyilsə, deməli, həmin şəxsin faydası da olmayacaq".
Nazir sertifikasiya imtahanından kəsilən 743 müəllimin əmək müqaviləsinə xitam verilməsinə də münasibət bildirib:
"Bu gün ümumi təhsil səviyyəsində 700-dən çox müəllimin əmək müqaviləsinə xitam vermək bizim üçün də ağırdır. Amma başqa yol yoxdur". (Apa)