Rusiya-Azərbaycan birgə Universitetinin yaradılması imkanları nəzərdən keçirilir.
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında deyib.
“Azərbaycan Prezidenti bu ideyanı dəstəkləyib, ümid edirəm ki, bunu kifayət qədər tez həyata keçirəcəyik. Bizim tərəfimizdən Sankt-Peterburq Dövlət Universiteti belə bir layihəyə qoşulmağa hazırdır”, - Vladimir Putin bildirib.