Qarabağda ilk seysmik stansiya bu ilin sentyabrında Şuşada fəaliyyətə başlayacaq.
FED.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında deyib.
O bildirib ki, qardaş Türkiyənin dəstəyi ilə AFAD tərəfindən Şuşada artıq seysmik stansiya qurulması üçün 100 metrlik quyu qazılıb. Stansiyanın fəaliyyətə başlaması üçün texniki işlər qalıb, mərkəzin qurulması və s. bütün cihazlar göndərilib.
"Qeyd edim ki, Qarabağa Ermənistan tərəfindən işğal olunduğundan Qarabağ bölgəsində, eləcə də Naxçıvanda tədqiqatlar apara bilmirdik. İndi isə həmin ərazilərdə seysmik stansiyalar quraşdırılacaq. Seysmik stansiyalardan başqa, bütün bölgələrdə Gps stansiyaları da quraşdırılıb. Hal-hazırda 24 GPS stansiya var.
Stansiyalardan savayı Sovetlər dövründə 3 dərinlik quyusu qazılmağa başlamışdı, 8324 metr dərinlikdə saatlıda qazılmışdı bir quyu. Sovet dağıldı, bu quyunun fəaliyyəti dayandı. Biz həmin quyu üzərində stansiya qurduq." -deyə Qurban Yetirmişli əlavə edib.