"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının mərkəzi yolları bir həftə bağlı olacaq.
FED.az xəbər verir ki, "Formula 1" Qran-prisinin keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən həmin ərazilərdəki məktəblər onlayn təhsil sisteminə keçib. (news24.az)