"Təhsil krediti verilən zaman giriş balı nəzərə alınacaq".
Eləcə də bax: Təhsil Tələbə Krediti Fondu yaradılır - FƏRMAN
FED.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə tələbənin ali məktəbə qəbul olunan zaman yüksək bal yığması və sonra müvəffəqiyyəti (yaxşı oxuyaraq yüksək qiymət alması) nəzərə alınacaq:
"Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Dərslərini yaxşı oxuyan tələbəyə faiz dərəcələrində və kreditin geri qaytarılmasında güzəşt ediləcək".
Qeyd edək ki, dünən Prezident İlham Əliyevin Fərmanı ilə Təhsil Tələbə Krediti Fondu yaradılır. Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edəcək. Fond Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq təhsil tələbə krediti üçün müraciət etmiş tələbələrə kredit ayrılması barədə qərar qəbul edəcək. Təhsil tələbə krediti müvəkkil banklar vasitəsilə həyata keçiriləcəkdir. (Marja)