"Bu il birinci dəfədir ki, Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyi ixtisasına keçid balı hüquqşünaslıq ixtisasından daha yüksəkdir".
Eləcə də bax: Ali məktəblərə qəbulun nəticələri açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Ditektorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu böyük hadisədir.
"Bu, o deməkdir ki, gələcəkdə çalışacaq müəllimlər daha savadlı və daha peşəkar olacaqlar. Riyaziyyat və ana dilinin tədrisi məktəbdə nə qədər güclü olarsa, uşaqların bilik səviyyələri digər fənnlər üzrə də bir o qədər çox olur" - deyə DİM sədri deyib. (Apa)