"Bu gün elə universitet var ki, bir mühəndisi 1500 manata hazırlayır".
Sertifikasiyadan keçən müəllimlərin əməkhaqlarına əlavələr üçün ayrılan məbləğ - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
Nazir deyib ki, bu, reallıq və həqiqətdir:
“Universitetlərimizin yanaşması ondan ibarətdir ki, "sənin gücün nəyə çatırsa, onu ver, biz sənə bir ixtisas verək". “Bir həkimi hazırlamaq neçəyə başa gəlir?” - əsas sual budur. Biz əgər diplom xətrinə buna ticarət kimi baxırıqsa, bunun adı başqadır. Bu elə müzakirədir ki, açıq şəkildə aparmalıyıq. Ya biz bir-birimizin üzünə gülüb, heç bir ağrılı məsələni qaldırmamalıyıq, ya da müzakirə etməliyik. Ali təhsil müəssisəsinə az resurs verib, dünya səviyyəli innovasiya tələb etmək mümkün deyil. Son illərdə ali təhsil alanların sayı 3 dəfə artıb. 1500 manata mühəndis hazırlamaqdansa, hazırlamamaq daha yaxşıdır". (Apa)