Qarabağ Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbinə (BANM) səfər ediblər.
FED.az xəbər verir ki, səfər çərçivəsində BANM-ın rektoru Elmar Qasımovla görüş keçirilib. İki ali təhsil müəssisəsi arasında potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda Qarabağ Universitetinin nümayəndələri BANM-ın tədris prosesi, laboratoriyaları və müasir infrastruktur imkanları ilə tanış olublar.