Qarabağ Universitetində müəllimlərin maaşları ortalamadan yüksək olacaq.
Qarabağ universitetində tələbələr ödənişli, yoxsa ödənişsiz təhsil alacaq? – TƏFƏRRÜATLAR - VİDEO
FED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
O bildirib ki, Qarabağ Universitetində əməkhaqlarının orta göstəricidən bir neçə dəfə yüksək olması nəzərdə tutulur:
"Çünki yalnız bu halda istedadlı adamları ora apara bilərik. Vakansiyalara gəldikdə isə bu tamamilə şəffaf proses olacaq. Xaricdə təhsil alan təhsil işçilərinin Azərbaycana, Qarabağa qayıtması bizim əsas hədəflərimizdəndir". (Apa)