Banner

Təhsil və elm

Pulsuz oxuyacaq tələbələrin sayı - 12 MİNDƏN 20 MİNƏ QALDIRILIB

Pulsuz oxuyacaq tələbələrin sayı - 12 MİNDƏN 20 MİNƏ QALDIRILIB | FED.az
08:12 4 İyun 2019

2019-2020-ci tədris ilində Azərbaycan universitetlərinə qəbul ediləcək tələbələr arasında pulsuz təhsil alanların sayı ötənilki 12 mindən 20 minə qaldırılıb.

FED.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə TV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu il dövlət sifarişi əsasında təhsil almaq imkanını əldə edən abituriyentlərin sayı 8 min nəfər çox olacaq:

«Nazirlər Kabineti tərəfindən 2019-2020-ci tədris ili üçün təsdiq olunmuş dövlət sifarişi üzrə proqnoza əsasən, dövlət sifarişi üzrə yerlərin sayı ötən illə müqayisədə 12 mindən 20 minədək artıb. Bu il dövlət sifarişi ilə təhsil almaq imkanını qazanan abituriyentlərin sayı 8 min nəfər çox olacaq».

DİM sədri bildirib ki, bu il dövlət sifarişi əsasında (pulsuz yerlərə) qəbul aparılan yerlər üzrə müsabiqə şərtləri keçən ilə nisbətən yumşaldılıb: «Bu il keçid balları keçən ilə nisbətən 50-100 bal aşağı salınıb».

Eləcə də bax: Məzun "əhəmiyyətsiz ixtisasa" görə universitetdən - 60 000 FUNT TƏZMİNAT ALIB

Digər xəbərlər

Banner