Bu gün DİM-tərəfindən "Abituriyent" jurnalının 4-cü nömrəsi nəşr olunub. Burada ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu verilib.
'FED.az' təhsil eksperti Kamran Əsədovun ixtisas seçimi ilə bağlı abturiyentlərə tövsiyələrini təqdim edir:
"Təəssüf ki, hər il minlərlə abituriyent ixtisas seçimi zamanı buraxdığı səhvə görə ali məktəbə qəbul ola bilmir, ixtisas seçimi prosesi zamanı diqqətli olun.
Hər kəsi narahat edən bir sual var ki, bu il keçid balı neçə bal olacaq?
Qeyd edim ki, ixtisaslar üzrə keçid balları ixtisas seçimi başa çatdıqdan sonra müəyyənləşir. Buna görə də bu il ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının hansı səviyyədə formalaşacağı, keçid ballarının ötən illə müqayisədə artıb-artmayacağı, hansı ixtisaslar üzrə daha rəqabətli müsabiqə vəziyyətinin yaranacağı barədə indidən dəqiq məlumat vermək mümkün deyil. Çünki bu, ixtisas seçimindən sonra bəlli olur.
Bu il bütün ixtisaslar üzrə müsabiqəyə buraxılış balının 200 olmasına baxmayaraq 150 bal toplayan abiturientlərdə ixtisas seçimində iştirak edə bilər. Özəl və ya Bakı şəhərindən başqa şəhər və rayon dövlət universitetlərinə qəbul olmaq şansı vardır.
2019-cu ildə ixtisaslar üzrə formalaşacaq ballar haqqında qabaqcadan dəqiq məlumat vermək düzgün deyil. Qəbul imtahandan sonra keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur