Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan 102 tələbəyə təqaüd veriləcək.
Eləcə də bax: 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
Təhsil üzrə ekspert Etibar Əliyev Prezidentin sərəncamı ilə təqaüd alacaq tələbələrin hansı universitetlərdə oxuyacağını açıqlayıb.
Etibar Əliyev sərəncamın universitetlərin reytinqinin müəyyənləşdiyini qeyd edib.
Siyahını təqdim edirik:
Tibb Universiteti - 25 nəfər;
Bakı Ali Neft Məktəbi - 23 nəfər;
UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) - 21 nəfər;
Bakı Dövlət Universiteti - 15 nəfər;
ADA Universiteti - 7 nəfər;
Prezident Yanında İdarəçilik Akademiyası - 7 nəfər;
Neft və Sənaye Universitetinin nəzdində UFAZ - 1 nəfər;
Xüsusi təyinatlı Ali Təhsil müəssisələri - 2 nəfər;
Naxçıvan Dövlət Universiteti - 1 nəfər.
Oxu.az