Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamla Azərbaycanın 11 rayonunda daha 15 modul tipli məktəblərin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ayırılıb.
Maliyyə Nazirliyinə bu sərəncama uyğun olaraq maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısını təqdim edirik: