Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
SƏRƏNCAM:
A.M.Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15 noyabr 2018, 15:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2018-ci il.