XXI əsrdə prestijli universitetdən məzun olmaq, demək olar hamı tərəfdən həyatda böyük uğurun təməli hesab olunur. Buna görə hamı ən nüfuzlu universitetdə təhsil almağa can atır. Çoxlarının gözləntisi isə qazanacağı bu diplomla ən varlı olmaqla maliyyə azadlığını təmin edəcəyidir. Bəs hansı universitetin diplomuna sahib olmaq sizin varlı olmaq ehtimalınızı yüksəldir?
FED.az "finkrop.com"-a istinadən xəbər verir ki, “Wealth-X” bu suala cavab tapmaq üçün “UHNW” indeksi əsasında məzunları qiymətləndirir və TOP 25 universitetlərin siyahısını hazırlayır.”Ultra high Net worth (UHNW)” - universitet yaranandan bugünə sərvəti $30 milyondan yüksək məzunların sayını və sərvətlərinin cəmini hesablayır. Bu indeks əsasında hazırlanan hesabatda həm öz gücünə, həm də ailəsinin gücünə varlı olan məzunlar,həmçinin 1 insan 2 fərqli universitetdən məzun olubsa, 2 dəfə hesablamaqla nəzərə almışdır.
Aparılmış analiz nəticəsində, 25 universitetin 20-si Amerika,3-ü İngiltərə, 1-i Fransa, 1-i Sinqapur-dadıdır.Bu universitetlərdən məzun olanların əksəriyyəti ailə sərvətinə və ya sosial statusuna görə yox, öz gücünə uğur qazanan varlılar olduğu müəyyən olunmuşdur.
1636-cı ildə qurulan Harvard ən çox varlı məzun yetişdirən universitet olmaqla 1-cidir. Toplam sərvəti $4.7 trilyon olan 13,650 UHNW məzun, 2-ci yeri tutan Stanfordla (5580 UHNW məzun) müqayisədə 2 dəfə çoxdur. Bu universitetin Barack Obama, Micheal Blomberg, Natalie Portman kimi məşhur məzunları var. 1 məzuna ortalama sərvətdə isə Stanford $170 milyon-la Harvard-ı qabaqlayır.
Birləşmiş Krallıqdandan isə siyahıda cəmi 3 universitet var:Cambridge, Oxford və LSE. Kembric Isaac Newton, Charles Darwin, Stephen Hawking, Oxford 69 nobel mükafatçısı , LSE isə 18 Nobel mükafatçısı, o cümlədən siyasi liderlərlərin yetişdirən məşhur universitetlərdir. 6500-dən çox UHNW məzunun ortalama $174 milyon olmaqla toplam $1.08 trilyon sərvəti olub. Qısası İngiltərənin 3 nüfuzlu universiteti Amerikanın 21 universitetindən (toplam $21 trilyon) ölkə bazasında müqayisədə 116 dəfə, təkcə Harvaddan isə 27 dəfə kiçik olmaqla geri qalır.
Fransadan yalnız 1 universitet Institut Européen d’Administration des Affaires (INSEAD) siyahıda yer alır. Universitetin Credit Suisse, Royal Dutch Shell, Ericsson, və Lego şirkətlərinin CEO-ları olmuş məzunları var.1,956 UHNW məzunun toplam $356 milyard sərvətə malikdir.
Sinqapurdan National University of Singapore (NUS) 1,890 UHNW məzunu və ortalama $46,6 milyon sərvətlə bu siyahıda yer alması təəccüb doğurur.Universitetin məzunları Sinqapurun baş nazirləri və prezidentləri, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı və BMT Təhlükəsizlik Şurasının yüksək rütbəli şəxsləri olub.
Belə nəticəyə gəlmək olar ki, kapitalizm qanunlarının hökm sürdüyü ölkələrdə və dünyada Amerika universitetləri varlı tələbələri yetişdirmək üzrə liderdir. Harvard məzunlarının dünyaya əhəmiyyətli dərəcədə təsir göstərdiyi isə bizə tam aydındır.Buna görə Harvard məzunlarının diplomunda universitetin motto-su “Veritas” qeyd olunur. Mənası isə “Həqiqət”-dir. Həqiqət isə budur ki, əgər sən Harvadlısansa, deməli varlısan. Varlı olmaq isə çox zaman böyük bir gücə gəitirib çıxarır.Bu da bugün yaşadığımız dünyaya təsir etməklə gələcəyi formalaşdırmaq deməkdir. “American Dream” bu olsa gərək.