Bu ildən etibarən ödənişli təhsil haqlarında dəyişiklik edilib.
Azərbaycanda ən çox tələb olunan - BEŞ PEŞƏ
FED.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bəzi bölgələrdə təhsil haqları fərqlidir: “Təhsil haqqı 5 min manat olan ixtisaslar var. Bu da beynəlxalq sertifikatlarla, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin ekspertlərin iştirakı və s. ilə bağlıdır”. (Apa)