Peşə təhsili üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.
Qarabağda 8 peşə təhsil müəssisəsi tikiləcək
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, təsnifata edilən bir sıra dəyişikliklər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş hədəflərə uyğun olaraq peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi və müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığının əmək bazarının tələblərinin ödənilməsinin təmin edilməsi məqsədilə aparılıb.
“Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqaməti üzrə” Reklam işi” ixtisas qrupuna “Reklam dizayneri”, “İnteryer və eksteryerin bədii tərtibatı” ixtisas qrupuna “Florist”, “Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar” ixtisas qrupuna “Ağac nəqqaşı” ixtisasları əlavə edib.
Eyni zamanda “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” Mühasibat işi” ixtisas qrupuna “Mühasibat uçotu”, “Sığorta işi” ixtisas qrupuna “Sığorta işçisi”, “Kommersiya” ixtisas qrupuna “Dayə”, “Logistika operatoru”, “Merçandayzer”, “Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” və “Tədbirlərin təşkilatçısı”, “Kino-video nümayişi” ixtisas qrupuna “İşıq operatoru”, “Media və audiovizual texnologiyaların istismarı”, “Kinomontajçı” və “Səs operatoru”. “ İaşə xidməti” ixtisas qrupuna “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Somelye” və “Barista”, “Kimyəvi təmizləmə aparatçısı” ixtisas qrupuna “Kimyəvi və quru təmizləmə işləri üzrə operator”, “Bərbərlik” ixtisas qrupuna “Qrimçi-pastijor”, “Lazer epilyasiyası və depilyasiya texniki”, “Makiyaj ustası” və “Saç kəsimi və gözəllik xidmətlərinin təşkili”, “Bələdçilik” ixtisas qrupuna “Turizm təşkilatçısı”, “Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Avtomatika sistemlərinin istismarı” və “Avtomatika üzrə usta” ixtisasları əlavə edilib, “Gəmiçilik xidməti” ixtisas qrupunda “Növbətçi köməkçisi” ixtisası “Növbətçi” ixtisası ilə əvəzlənib. “İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupu üzrə “Kompyuterlərin təmiri və xidməti üzrə texnik” ixtisasında “Kompyuterlərin” sözü “Kompüterlərin” sözü ilə, “Telekommuni- kasiyada kompyuter texnikasının istismarı üzrə operator” ixtisasında “kompyuter” sözü “kompüter” sözü ilə və “Kompyuter operatoru” ixtisasında “Kompyuter” sözü “Kompüter” sözü ilə əvəzlənib, “Sistem və şəbəkə xidməti üzrə texnik”, “Veb-dizayner və proqram təminatçısı”, “Kompüter sistem inzibatçısı”, “Kibertəhlükəsizlik”, “Kompüter sistemlərində proqramlaş- dırma”, “Veb-dizayn və proqram təminatı”, “İnformasiya- kommunikasiya texnologiyaları üzrə texnik”, “Kompüter sistemlərində proqram təminatı”, “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” və “Kompüter ustası” ixtisasları əlavə edilib. Siyahəya “Mühafizə işi”, “Mehmanxana işi” və “Kinoloji xidmət” ixtisas qrupları da əlavə olunub.
““Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə “Bitkiçilik” ixtisas qrupuna “Bitkiçilik mütəxəssisi”, “İntensiv bağçılıq üzrə işçi”, “İstixana operatoru” və “Meyvə ustası” ixtisasları əlavə edilib, “Kənd təsərrüfatı nəqliyyatı və elektrik avadanlığına xidmət” ixtisas qrupu üzrə “Dizel mühərrikinin motorçusu” ixtisası ləğv edilib. Siyahıya “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer” və “Kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı” ixtisasları əlavə olunub. “Maşın-traktor parkına texniki xidmət” ixtisas qrupuna “Avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik” və “Aqroservis mütəxəssisi” ixtisasları əlavə edilib.
“Heyvandarlıq üzrə mütəxəssis” ixtisas qrupuna “Baytar texniki”, “Baytarlıq və heyvandarlıq işi” və “Heyvandarlıq mütəxəssisi” ixtisasları, “Meliorasiya və çilingər işləri” ixtisas qrupuna “Suvarma sistemlərinin operatoru” , “Yeraltı mədən işləri” ixtisas qrupuna “Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisasları əlavə edilib, “Quyuların təmiri” ixtisas qrupunda “Quyuların əsaslı təmiri üzrə qazmaçının köməkçisi” ixtisası “Quyuların əsaslı təmiri üzrə qazmaçı” ixtisası ilə əvəzlənib. “İstismar və kəşfiyyat quyularının qazılması” ixtisas qrupunda “İstismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi” ixtisası “İstismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı” ixtisası ilə və “İstismar və kəşfiyyat quyularının elektrik üsulu ilə qazmaçı köməkçisi” ixtisası “İstismar və kəşfiyyat quyularının elektrik üsulu ilə qazmaçısı” ixtisası, “Quyuların dəniz qazması” ixtisas qrupunda “Dənizdə üzən qazma aqreqatının qazmaçı köməkçisi” ixtisası “Dənizdə üzən qazma aqreqatının qazmaçısı” ixtisası ilə əvəzlənib.
“Bağ-park və landşaft sahələrinə nəzarət” ixtisas qrupuna “Bağban- dekorator” ixtisası əlavə edilib, “Kibrit hazırlanmasında avtomat və yarımavtomat xətlər, kibrit istehsalı avadanlıqlarının işlədilməsi” ixtisas qrupunda “Qutudoldurma dəzgahının operatoru” ixtisası ləğv olunub. “Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Üzlükçü dizayner” ixtisası əlavə olunub.
Siyahıya “ Balıqçılıq” ixtisas qrupu da əlavə olunub. “Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları” peşə istiqaməti üzrə “Elektrik stansiyalarının və şəbəkələrinin avadanlıq- larına xidmət və təmiri” ixtisas qrupuna “Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis”, “Elektrik avadanlıqlarına xidmət və təmiri (sahələr üzrə)” ixtisas qrupuna “Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı”, “Elektron avadanlıqlarına xidmət” ixtisas qrupuna “Elektronika və kommunikasiya sistemlərinin istismarı” və “Elektronika ustası”, “Rabitə” ixtisas qrupuna “Çağrı mərkəzi operatoru” ixtisası əlavə edilib.
Siyahıya “Alternativ və bərpa olunan enerji mənbələri sistemlərinə xidmət” ixtisas qrupu əlavə olunub. Bura Külək turbinləri quraşdırıcısı təmirçisi, Günəş panelləri quraşdırıcısı təmirçisi, Bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı, Alternativ enerji qurğu avadanlıqlarının istismarı ixtisasları daxildir.
Ümumilikdə, Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na 5 yeni ixtisas qrupu və 95 yeni ixtisas əlavə edilib, 24 ixtisas ləğv olunmuş və ya adı dəyişdirilib.