Azərbaycanda peşə məktəblərində təhsil almaq istəyənlərin sayı son 4 ildə 2 dəfə artıb.
Daha 295 gənc dövlət hesabına - XARİCDƏ TƏHSİL ALACAQ
FED.az xəbər verir ki, bu il Peşə Təhsili üzrə Dövlət Agentliyinin www.portal.edu.az platforması vasitəsilə 27 269 nəfərdən 87 656 müraciət daxil olub.
Qeyd edək ki, ötən illə müqayisədə müraciətçilərin sayı 3,2 min nəfər, 4 il əvvəllə müqayisədə isə 2 dəfə artıb.
Bu il peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə sahələrində olan ixtisasları seçməyə üstünlük veriblər.
Bu gün peşə təhsil müəssisələrinə tələbə qəbulunun sonuncu günü olub, avqustun 12-si saat 18-də müraciət qəbulu yekunlaşıb.
Müsabiqənin nəticələrinin avqustun 17-də elan olunacaq, nəticələr SMS-lə göndəriləcək və portala yerləşdiriləcək.
Boş qalan yerlərə tələbə qəbulunun 2-ci mərhələsi avqustun 27-dən sentyabrın 3-dək aparılacaq.