Özbəkistanın bütün vilayətlərində prezident məktəbləri açılacaq.
FED.az xəbər verir ki, bu haqda prezident Şavkat Mirziyoyev Qaraqalpaqstanın mərkəzi Nukus şəhərində keçirilən müşavirədə bildirib.
Dövlət başçısı deyib: ”Qarşımıza məqsəd qoymuşuq ki, ölkəni yeni inkişaf səviyyəsinə qaldıraq, bunun üçün yüksək ixtisaslı kadrlar lazımdır. Belə kadrlar hazırlamaq üçün isə hər vilayətdə yeni tipli məktəb açılacaq.
Özbəkistanın təhsil naziri Şerzod Şermatov isə bildirib ki, ilk belə məktəb Nukusda təşkil ediləcək, sonra isə mərhələlərlə digər vilayətlərdə də açılacaq.
Prezident məktəbləri elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələri üzrə ixtisaslaşacaq. Bu təhsil ocaqlarında riyaziyyat, fizika, kimya, biologiya, informasiya texnologiyaları və xarici dillər dərindən öyrədiləcək.
Prezident məktəblərinə xarici mütəxəssislər rəhbərlik edəcək.