“İki ay ərzində 19 növ imtahan keçiriləcək. Ən kütləvi imtahanlar aprel-sentyabr ayları ərzində keçiriləcək. Bunlar buraxılış və qəbul imtahanlarıdır. Buraxılış imtahanı aprel ayında olacaq. İmtahanlara bir ay qalmış tarixlər elan olunacaq”.
Eləcə də bax: Ali məktəblərin açılması barədə - Qərar Veriləcək
FED.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.
O qeyd edib ki, ola bilər, Operativ Qərargah tərəfindən bu imtahanlara icazə verilməsin. O halda may ayında keçiriləcək.
M. Abbaszadə vurğulayıb ki, qəbul imtahanları üçün birinci şans mayda keçiriləcək. (Qafqazinfo)