İsveçdə 2017-ci il fizika üzrə Nobel mükafatının laureatları məlum olub.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bu mükafata ABŞ-lı alimlər Rayner Vayss, Kip Torn və Barri Beriş layiq görülüb.
Onlar qravitasiya dalğalarının müşahidə olunması sahəsində verdikləri töhfəyə görə Nobel mükafatı ilə təltif ediliblər.
Qeyd edək ki, mükafatin təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir.
Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.