“Ötən həftədən başlayaraq yoluxma sayında qismən azalmalar müşahidə olunur”.
Eləcə də bax: Məktəblərlə bağlı brifinq başladı - CANLI
FED.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib.
O bildirib ki, dərslərin bir həftə gec başlamasının səbəbi yoluxmanın sayının hələ də yüksək olmasıdır: “Gün ərzində yoluxmuş şəxslərin təxminən 10 faizi şagirdlər və müəllimlər olur. Sentyabrın 22-dən və 29-dan etibarən yoluxma sayının daha da azalması proqnozlaşdırılır”.
Nazirin sözlərinə görə, sentyabrın 15-dək 2 milyon 700 mindən artıq vətəndaşın vaksinasiyadan keçəcəyi gözlənilir: "Sentyabrın sonuna isə bu rəqəm 4 milyonu ötəcək. Daha çox vaksin olunan şəxslərin olması təhsil sisteminə daha yaxşı şərait yaradır. Yoluxanların sayı nə qədər çox olsa da, bizi əsas narahat edən xəstəxanaların dolması, yoluxanların xəstəliyi ağır keçirməsidir. Amma vaksin olunan şəxslər yoluxsa belə, xəstəliyi yüngül keçirir. Növbəti iki həftə ərzində daha çox insanın vaksin olunacağına inanırıq”.