Azərbaycanda 2025-2026 tədris ili üzrə 63 özəl bağçaya Elm və Təhsil Nazirliyi tərəfindən qrant ayrılacaq.
FED.az xəbər verir ki, qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub.
Bu addım valideynlərə yardım məqsədi daşıyır və dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsinə dövlət dəstəyidir.
Bununla yanaşı məlum olub ki, qrant proqramına düşən bəzi bağçalar qiyməti qaldırıblar. Milli.Az-a müraciət edən valideyn isə bildirib ki, Elm və Təhsil Nazirliyinin bu addımı effektiv olmayıb:
"Qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl bağçaların bəziləri dövlətin bu addımından istifadə edərək bağçaların qiymətlərini artırıblar. Belə 1 ay əvvəl aylıq ödəniş 250-300 manata qəbul aparan özəl bağçalar qiyməti indi 550 manata yüksəldib. Belə olan halda nəticə dəyişmir. İndi dövlət 550-nin 250 manatını ödəyəcək, mən yenə də 300 manat ödəmiş olacam. Həmin bağça da bir növ ayrılan qrantı mənimsəmiş olur".
Qrant müsabiqəsini qazandıqdan sonra qiyməti qaldıran bağçalar sırasına "Barama", "Maya", "İndigo", "Blue kids" uşaq bağçalarını aid etmək olar.
Milli.Az-ın apardığı araşdırmaya əsasən hazırda bu bağçalarda bir uşağın tam günlük (09.00-18.00) qəbulu üçün 450-550 manat tələb olunur. Bu ödənişin 200-250 manat hissəsini isə dövlət ödəyəcək, yerdə qalan 250-350 manatlıq hissəsini isə valideyn özü ödəməlidir.
Qrant müsabiqəsində seçilmiş 63 bağçanın siyahısı belədir
















