Banner

Təhsil və elm

Nazirlikdən qəribə qərar: Valideynlərdən işıq pulu qəbzinin kodu tələb olunur

Nazirlikdən qəribə qərar: Valideynlərdən işıq pulu qəbzinin kodu tələb olunur | FED.az
12:04 5 Mart 2019

Bu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodu tələb olunur.

FED.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

O, şagird qəbulunun 13 martdan etibarən başlanıldığını xatırladıb və deyib ki, bu ildən tətbiq edilən texniki yeniliklər valideynlərdə müəyyən qədər narahatlıq yaradır.

“Bunlardan biri də qeydiyyatdan keçən zaman valideynlərdən elektrik enerjisi qəbzinin kodunun tələb olunmasıdır. 

Bundan başqa, elektron xidmətlərdən istifadə edən valideynlər tez qeydiyyatdan keçir, amma bu kimi məsələləri zəif bilən, internet imkanları məhdud olanlar qeydiyyatdan gec keçirlər”.

Eləcə də bax: “4 illik təhsillə 30 il işləmək mümkün deyil” - MÜSAHİBƏ

Digər xəbərlər

Banner