Təhsil Nazirliyi məktəblərdə təhsilin dayandırılması ilə bağlı məsələyə münasibət bildirib.
Eləcə də bax: Koronavirusa görə kütləvi tədbirlər - TƏXİRƏ SALINIR
FED.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib ki, məsələ barədə hələlik heç bir qərar verilməyib:
“Mövcud vəziyyət müzakirə edilir və bu barədə hər hansı qərar qəbul edilərsə, ilk növbədə mətbuat məlumatlandırılacaq”.
C.Valehov qeyd edib ki, koronavirus epidemiyası ilə bağlı məsələ ilk gündən diqqət mərkəzindədir:
“Artıq yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb və proses növbəti günlərdə də davam edəcək”.
O qeyd ki, məktəblərdə fəaliyyət göstərən qərargaha toplanan müvafiq məlumat təhlil olunur və nəticələr barədə qərar qəbul edilir.
Oxu