Ümumtəhsil müəssisələrinin sayı çoxdur, orada təhsil onsuz da ödənişsizdir.
Şəhid ailəsinin üzvləri özəl universitetlərdə pulsuz təhsil alacaqlar
FED.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov deyib.
O bildirib ki, özəl ümumtəhsil müəssisələri isə sahibkarlıq subyektidir:
“Onlar yalnız öz imkanlarını qiymətləndirərək şəhid ailəsi üzvlərinin təhsil haqqından azad edilməsi qərarına gələ bilərlər. Bu, onların daxili qərarıdır. Özəl ümumtəhsil müəssisələrin sayı da ali təhsil müəssisələrinə nisbətdə çoxdur. Bu qanunvericiliklə tənzimlənə bilərsə, buna baxmaq olar”. (Apa)