Bundan sonra tələbələr birinci kursdan etibarən SABAH qruplarında təhsil ala biləcəklər.
FED.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Prezident İlham Əliyevin tələbə təqaüdlərinin artırılması ilə bağlı sərəncamını şərh edərkən jurnalistlərə açıqlamasında deyib.
“Bundan sonra artıq tələbələrimiz göstərdikləri akademik müvəfəqqiyyətə görə, eyni zamanda, DİM-in keçirdiyi imtahanlarda əldə etdikləri nəticələrə uyğun olaraq müəyyən mərhələdə müsahibə yolu ilə birinci kursdan SABAH qruplarında təhsil ala biləcəklər”, - deyə o bildirib. (Trend)