Azərbaycanda bütün tələbələrin təxminən 50 faizdən çoxu təqaüd alır.
Tələbələrin təqaüdü artırıldı - PREZİDENTDƏN SƏRƏNCAM - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Prezident İlham Əliyevin tələbə təqaüdlərinin artırılması ilə bağlı Sərəncamını şərh edərkən deyib.
O bildirib ki, artımlar bütün təhsil pillərləinə şamil olunur:
“Sonuncu dəfə təqaüdlər 2023-cü ildə artırılıb. Sərəncamla daha yüksək akademik göstəriciləri olan tələbələr daha çox təqaüd alacaq. Təqaüdlərin artırılması tələbələrin daha yaxşı təhsil almalarına, təhsilə fokuslanmalarına və sosial şəraitinin yaxşılaşmasına şərait yaradacaq”. (Report)