Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün müraciət edilib.
FED.az xəbər verir ki, bunu DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.
X.Xanlarzadənin sözlərinə görə, hazırda Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin digər ali məktəblərin boş qalan ixtisaslarına yerləşdirilməsi prosesi aparılır. Tələbələrin yerləşdirilməsi zamanı onların ali məktəblərə qəbul imtahanlarında topladığı ballar nəzərə alınır.
DİM rəsmisi Bakı İslam Universitetinin I kursunda hazırda 139 tələbənin təhsil aldığını deyib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti Bakı İslam Universitetinin bağlanması barədə məlumat yayıb.