“Gürcüstan-Azərbaycan universitetinin yaradılması müzakirə edilməyib. Gürcüstan universitetləri ilə əməkdaşlıqda Azərbaycan dilində tədris edən müəllimlərin hazırlanmasından söhbət gedir. Bunu birgə universitet kimi yox, birgə tərəfdaşlıq, birgə proqramlar kimi təsvir etməliyik”.
Eləcə də bax: Gənclərin xaricdə təhsilinin hansı formada maliyyələşdiriləcəyi - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib. Türkiyə-Azərbaycan Universitetinin yaradılması məsələsinə gəldikdə isə nazir deyib ki, türkiyəli həmkarlarla müzakirələr davam edir:
"Universitet açmaq elə də asan məsələ deyil. Türkiyə bizə qardaş ölkədir. Amma nəzərə almaq lazımdır ki, Türkiyə ayrı hüquqi sistemi olan bir dövlətdir. Ona görə də uyğunlaşdırmaların aparılması üçün müzakirələr aparılır. Çox ümid edirik ki, bu il, amma alınmasa gələn ildən tələbələri qəbulm etməyi planlaşdırırıq. Bu istiqamətdə yaxın vaxtlarda Türkiyəyə nümayəndə heyətimizin səfəri gözlənilir” – nazir deyib. (Apa)