"Universitetlərimiz kadr yetişdirə bilmir fikri çox ümumi anlayışdır. Əksəriyyətmiz Azərbaycan universitetlərindən məzun olmuşuq. Mən də Azərbaycan univeristetini bitirmişəm".
Azərbaycanlı gənc Harvard Universitetinə - QƏBUL OLUB
FED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu mənada pis fikirləri bəzən çox ümumiləşdirirlər: "Son 10-15 ildə qəbul olan tələbələrin sayı iki dəfə artıb. Aydın məsələdir ki, kəmiyyətin artımı keyfiyyətə təsir edir. İş yerlərinə qəbulda da belədir. Mən müəllimlərdən nümunə göstərə bilərəm ki, bəzi bölgələrdə vakant yerlər olsa da, daha çox adam iri şəhərlərdə çalışmaq istəyir. Bu, əməkhaqqı ilə bağlı deyil, daha çox həyat tərzi ilə bağlıdır. Həmçinin həm orta məktəbi, həm bakalavrı bitirən yüzlərlə məzunumuzdan dünyanın nüfuzlu universitetlərinə qəbul olanlar var. Ona görə bu fikri bütün məzunlara aid etmək olmaz.
Universitetlərimiz keyfiyyətsiz olsaydı, məzunlarımız Harvarda, Stenforda daxil olmazdılar. Məsələ daha çox uyğun kadr hazırlığından gedir. Bu uzun prosesdir. Buna uzunmüddətli perspektivdə baxmaq lazımdır. İnanıram ki, yaxşı nəticələr olacaq". (Apa)