"Qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin olması təklifi haqlıdır".
Elm və Təhsil Nazirliyi valideynlərə çağırış edib - "ŞİRİNLİK" VERMƏYİN"
FED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
O, bununla yanaşı güzəştlərin nədən ibarət olmasının vacibliyini söyləyib.
E.Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi bu məsələdə güzəşt edən yox, sənəd verən tərəfdir:
"Biz güzəşti etmirik, onu işə götürən, bazar müəyyən edir. Lakin dünyada artıq diplomlardan, kağızlardan çox bilik rol oynayır. Güzəşt doğru və dürüst olmalıdır. Misal olaraq, 10 il əvvəl qırmızı diplom almışam və bu gün müsabiqədə iştirak etməməyim düzgün deyil, çünki bilik fərqlidir. Qırmızı diplom bilik və bacarığın əksidirsə, haqlıdır. Yox, sadəcə rəngdirsə, o zaman güzəşt edilməsi düzgün deyil". (Report)