“Biz dünya ölkələrində də koronavirusun ikinci dalğasının olmasını müşahidə edirik”.
Eləcə də bax: Əli Əsədov məktəblərlə bağlı qərarı - Təsdiqlədi
FED.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Biz xüsusi şəraitdəyik və daha diqqətli olmalıyıq:
Təhsil Nazirliyi hər gün məktəblərdə yoluxma və digər məsələlərlə bağlı ictimaiyyətə məlumat verirdi. Son günlər ərzində biz hər gün 10-15 məktəbi bağlamaq məcburiyyətindəydik. İnanıram ki, 2 həftə ərzində biz davranışımzla və tətbiq edilmiş məhdudiyyətlər nəticəsində yoluxmanın sayının azalmasına nail ola biləcəyik. Noyabrın 2-dən başlayaraq bu və ya digər formada təhsili davam etdirəcəyik. Amma bu barədə danışmaq daha tezdir”. (Report)