Təhsil nazirinə yeni müavin təyin edilib.
FED.az xəbər verir ki, müvafiq sərəncamla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva təhsil nazirinin müavini təyin olunub.
Qeyd edək ki, M. Vəliyeva1968-ci ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.
1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasınınəməkdar müəllimi" fəxri adına layiq görülüb.
Psixologiya üzrə fəlsəfə doktorudur.
2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib.
Təhsil naziri 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.