"Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı artır".
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan - Avstriya turizm proqramının 10 illiyi ilə bağlı "Azərbaycan-Avstriya Turizm Proqramı: Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Nazir bildirib ki, Azərbaycanın ali təhsil müəssisələrində ingilis dilində tədris olunan ixtisasların sayı da artmaqdadır: "Bu isə əmək bazarında rəqabət mühitinin yaranmasına səbəb olacaq".