Azərbaycanda Rektorlar Şurasının yaradılması nəzərdə tutulur.
Bunu təhsil naziri Mikayıl Cabbarov "Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyinin ötənilki kollegiyasında müzakirə olunduğu kimi, bu ilin sonunadək ölkədə Rektorlar Şurasının yaradılması nəzərdə tutulur: "Şuranın təsis iclasının dekabr ayında keçirilməsi planlaşdırılır. Ümid edirik ki, belə bir orqanın mövcudluğu ali təhsil problemlərinin həllinə yardım göstərəcək. Təhsil Nazirliyi və təhsil mütəxəssislərinin iştirakı ilə keçirilən ictimai müzakirələr ali təhsilə aid məsələlərin həllinə töhfə verəcək".