Naxçıvan Muxtar Respublikası təhsil nazirinə yeni müavin təyin olunub.
Bu barədə FED.az-a Naxçıvan Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Əli Vəli oğlu Vəliyev Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib.