Təhsil və elm

“Nar” fərqlənən tələbələri  mükafatlandırdı

“Nar” fərqlənən tələbələri  mükafatlandırdı | FED.az
16:41 28 Fev 2019

Gənclərdə oxumaq həvəsini artırmaq və onlarda motivasiya yaratmaq məqsədilə, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uğurlu layihələr həyata keçirməkdə davam edir.

 

FED.az xəbər verir ki, mobil operator Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq çərçivəsində universitetin Radiotexnika və rabitə fakültəsinin 2018-ci dərs ilinin 2-ci tədris semestri üzrə  fərqlənən tələbələrini mükafatlandırıb. “Nar”-ın baş ofisində təşkil edilən görüşdə yüksək nəticələr göstərən Cavid Namazov, Elvin Əmənov və Ülkər Əhmədzadəyə mobil operator xüsusi hədiyyələr təqdim edib. Elm və təhsilə xüsusi önəm verən “Nar”-ın bu təşəbbüsü tələbələri dərslərinə daha həvəslə yanaşmağa sövq edir.

 

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2016-cı ildən Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb. Laboratoriya tələbələrə GSM sahəsi üzrə təcrübi biliklər əldə etməyə imkan yaradır. Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı “Nar” GSM laboratoriyasında tələbələr üçün təlim və seminarlar təşkil edilir. Bu təlimlər mobil rabitənin peşəkarları olan “Nar”-ın texniki əməkdaşları tərəfindən keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atır.


“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

Digər xəbərlər

Banner