Müəyyən peşələr üzrə tanınma ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirmə imtahanları mütəmadi keçiriləcək.
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeniliklər - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na edilmiş dəyişikliklə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, imtahanlar ildə 2-3 dəfə keçirilə bilər.
"İmtahanlarla bağlı tariflər müəyyənləşib. İştirak haqqı 250 manatdır" - deyə qeyd olunub. (Apa)