Tanınmış mütəxəssis İradə xanım Nağdalıyeva bəzi ali və orta məktəblərdə işçilərlə müddətsiz yox, müddətli əmək müqaviləsinin bağlanılması məsələsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmovun diqqətinə çatdırıb.
Eləcə də bax: Müəllimlərin işə qəbulunda yenilik - VİDEO
FED.az xəbər verir ki, Əbülfət müəllimin bildirdiyinə görə, bu haqda Nazirliyə hər hansı şikayət daxil olmayıb: “Əgər müəllim daimi fənni tədris edirsə, məsələn, fizika və ya riyaziyyat müəllimi kimi çalışırsa, bu zaman həmin işçi ilə əmək müqaviləsi müddətsiz imzalanmalıdır.
Təhsil Nazirliyinin mövqeyi belədir ki, hər il üçün tədris proqramı olduğundan müəllimlər üzrə dərs saatları dəyişir. O səbəbdən hər il stavkaları müəyyən edirlər, məsələn, bir stavka, yarım stavka. Bunu əsas tutaraq, müəllimlərlə müqavilələri müddətli edirlər. Fikrimizcə, kütləvi şəkildə müəllimlərlə müddətsiz əmək müqavilələrinin imzalanması əsassızdır. Daimi dərs yükü olan müəllimlərlə şübhəsiz ki, müddətli əmək müqaviləsi bağlanmalıdır.”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
MKS