“Müəllimlərin əməkhaqlarının artması üçün yeni təkliflər təqdim ediləcək".
Kənddə işləyəcək gənc müəllimlərə əlavə 2000 manat veriləcək
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini bildirib ki, bəzi təhsil müəssisələrində müəllimlik ixtisası üzrə planlar kəskin surətdə azalıb, ali təhsil müəssisələri keyfiyyətli təhsili təmin etməlidirlər.
İdris İsayev qeyd edib ki, müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək.
Nazir müavini deyib ki, müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün qeydiyyatdan keçən, amma iştirak etməyənlər dövlətə xeyli miqdarda ziyan vurmuş olurlar.
Nazir müavini repititorluq fəaliyyəti ilə bağlı da bir sıra təkliflər hazırlandığını deyib. Onun sözlərinə görə, təkliflər yaxın vaxtlarda təqdim ediləcək.












